Xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi ilə telefonla danışıb və bölgədəki mövcud gərginliyi və İranla ABŞ arasında davam edən danışıqlardakı son inkişafları müzakirə edib.
Turkustan.az xəbər verir ki, görüşdə regiondakı mövcud gərginlik və İranla ABŞ arasında davam edən danışıqlardakı son inkişaflar müzakirə olunub.
Atəşkəsə baxmayaraq, İsrail ordusu bu gün Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava hücumu həyata keçirib və İran rəsmiləri İsrailin bu hücumuna reaksiya verərək qisas alacaqlarını açıqlayıblar.
İran ordusu İsrailin Livana hücumlarının mərkəzi olan Ramat David Hava Bazasını ballistik raketlərlə hədəf aldığını açıqladı.
Aytən Yaşar/ Turkustan.az