İsrail mediası: İranla münaqişə bir neçə gün davam edəcək


İsrail mediası Tel-Əviv hökumətinin İranla münaqişənin bir neçə gün davam edəcəyini gözlədiyini bildirib.

Turkustan.az xəbər verir ki, İsrail Ordusu Radiosunun məlumatına görə, İsrail rəsmiləri mövcud vəziyyəti qiymətləndirməyə davam edirlər.

Hesabatda qeyd olunur ki, Tel-Əviv administrasiyası İranla qarşıdurmanın bir neçə gün çəkəcəyini ehtimal edir və bu səbəbdən İsrail ordusu ehtiyatda olan hərbi qulluqçuların səfərbər olunmasına hazırlaşır.

Digər tərəfdən, İsrail Ordusunun Daxili Cəbhə Komandanlığının Ben Qurion Hava Limanında uçuşların gündəlik 2500 sərnişinlə məhdudlaşdırılmasını təklif etdiyi bildirilir.

Məlumata görə, bu qərar uçuşların sayının azalmasına səbəb ola bilər. Bununla belə, İsrail hava məkanının açıq qalacağı, məsələ ilə bağlı müzakirələrin davam etdiyi qeyd olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ