ABŞ Prezidenti Donald Trump İranı danışıqlar masasına qayıtmağa çağırıb.
Turkustan.az xəbər verir ki, Tramp İsraildə siren səslərinin eşidilməsindən sonra verdiyi açıqlamada İranın İsrailə raket hücumlarının davam edən danışıqlar prosesinə “qətiyyən kömək etmədiyini” bildirib.
ABŞ Prezidenti deyib: “İrana mesajım budur: Raketlərinizi atdınız, bu kifayətdir. Danışıqlar masasına qayıdın və razılıq əldə edin”.
Tramp həmçinin İsrailin bu gün Beyruta endirdiyi zərbələrə münasibət bildirərək, “Mən bundan məmnun deyiləm”, – deyə vurğulayıb.
Bu arada, Tramp Axios nəşrinə verdiyi təcili açıqlamada bildirib ki, İsrailin Baş naziri Benjamin Netanyahu ilə əlaqə saxlayaraq İranın raket hücumlarına cavab olaraq hərbi qarşılıq verməməsini xahiş edəcək.
Aytən Yaşar/ Turkustan.az