Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra həm Moskvaya, həm Vaşinqtona, həm də Bakıya səfər etməyə hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Moskvaya da gedəcəyəm, Vaşinqtona da, Parisə də, Brüsselə də. Həmçinin bildirmişəm ki, ümid edirəm, Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək imkanım olacaq”, – deyə Paşinyan bildirib.
O vurğulayıb ki, Ermənistanın beynəlxalq əlaqələrini tam şəkildə inkişaf etdirmək niyyətindədir.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin (EPC) sammitinin 2028-ci ilin birinci yarısında Bakıda keçirilməsi planlaşdırılır./Globalinfo.az