Zelenskinin Putinə şəxsi görüş təklifini görün kim çatdırıb - FOTO


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin ilə görüş keçirmək təşəbbüsü göstərib və bu mesajı rusiyalı iş adamı Roman Abramoviç vasitəsilə çatdırıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin dörd mənbəyə istinadla yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, ötən ay Zelenski Abramoviçi Kiyevə dəvət edib və ondan Rusiya tərəfinə münaqişənin mümkün sülh danışıqları çərçivəsində birbaşa görüşə hazır olduğu barədə mesaj ötürməsini istəyib.

Zelenski daha sonra “Sky News”a açıqlamasında Abramoviçlə Kiyevdə görüşdüyünü təsdiqləyib. O bildirib ki, Abramoviç vasitəçi qismində Ukraynaya gəlib və özünün çatdırmaq istədiyi mesajı təqdim edib.

Məlumata görə, biznesmen daha sonra Ukrayna prezidentinin mövqeyini Rusiya rəhbərliyinə çatdıracağını qeyd edib./Globalinfo.az

GettyImages 1239590367 scaled e1648698718398


MANŞET XƏBƏRLƏRİ