SON XƏBƏR: İran İsrailə raket zərbələri endirdi


İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, İsrailin şimal bölgələrinin çoxunda, o cümlədən Hayfa ətrafında hava həyəcanı elan olunub.

Qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin zərərsizləşdirilməsi üçün fəaliyyətə başlayıb.

Təhlükəsizlik məqsədilə Ben Quron Hava limanının fəaliyyəti dayandırılıb.


MANŞET XƏBƏRLƏRİ