İranda qum fırtınası həyatı iflic etdi: İdarələr və banklar bağlandı


İranın Kirman əyalətinin bir sıra bölgələrində müşahidə olunan güclü qum fırtınası və hava çirkliliyi səbəbindən dövlət idarələri və bankların fəaliyyəti müvəqqəti dayandırılıb.

Turkustan.az xəbər verir ki, Yarımrəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, havada toz hissəciklərinin səviyyəsinin kəskin artması ilə əlaqədar bəzi rayonlarda bir günlük tətil elan edilib.

Kirman Böhran İdarəetmə Mərkəzinin açıqlamasında bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən Rəfsəncan, Zarand, Fəhrac və Nərmaşir rayonlarında bütün dövlət qurumları və banklar bağlanıb.

Bununla yanaşı, təcili tibbi yardım xidmətləri, kommunal xidmət sahələri, hərbi və təhlükəsizlik qurumları fəaliyyətlərini davam etdirəcəklər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ