ABŞ prezidenti Donald Trump Papa XIV Leonun tənqidlərinə cavab olaraq bildirib ki, administrasiyasının siyasəti qanun və qaydaya əsaslanır.
Turkustan.az xəbər verir ki, Tramp Ağ Evdə fast-food sifarişini qəbul edərkən jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlər onun Əlcəzair səfəri zamanı Pope Leo XIV ilə bağlı səsləndirilən fikirlərə münasibətini soruşublar.
ABŞ prezidenti Papa ilə razılaşmadığını vurğulayaraq deyib:
“Biz qanun və qaydaya inanırıq. Deyəsən, Papa Leonun bununla bağlı problemi var. Ona görə də üzr istəməli bir şey yoxdur. O, səhv edir.”
Tramp çıxışında administrasiyasının cinayətkarlıqla mübarizə və təhlükəsizlik siyasətini müdafiə edib.
Aytən Yaşar/ Turkustan.az