Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir


İsmayıl Bekayi ABŞ-İran danışıqlarının Pakistanın vasitəçiliyi ilə davam etdiyini və bütün cəbhələrdə döyüşlərin dayandırılmasını, bloklanmış aktivlərin azad edilməsini və İran gəmilərinə qarşı hərəkətlərə son qoyulmasını istədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasına danışan İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekai Pakistanın vasitəçiliyi ilə davam edən İran-ABŞ danışıqlarına münasibət bildirib.

Bekayi ABŞ və İran arasında danışıqların Pakistanın vasitəçiliyi ilə davam etdiyini bildirərək, Tehranın "müharibəyə son qoymağa və İranın açıq tələblərini yerinə yetirməyə" diqqət yetirdiyini əlavə edib.

O, İranın ilkin 14 maddəlik təklifi çərçivəsində mesaj mübadiləsinin baş tutduğunu və Pakistanın daxili işlər naziri Möhsün Nəqvinin İrana səfərinin məqsədinin əlaqələri asanlaşdırmaq və tərəflər arasında mübadilə edilən mətnləri aydınlaşdırmaq olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ