İrandan sərt mesaj: Tramp öldürülməlidir


“İran parlamentini ABŞ Prezidenti Donald Tramp öldürülənə qədər Hörmüz boğazını Amerika gəmiləri və müttəfiqləri üçün bağlı saxlayacaq qanun qəbul etməlidir”.

Turkustan.az “Iran International”a istinadla xəbər verir ki, bunu İranın ali rəhbərliyinə bağlı “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari deyib.

Şəriətmədari istisnasız olaraq bütün ölkələrin gəmiləri üçün İrandan keçid icazəsi də tələb edib.

“Keyhan”ın baş redaktoru həmçinin İsrailə məxsus və ya bu ölkə üçün neft və mal daşıyan bütün gəmilərin tamamilə yox olana qədər müsadirə ediləcəyini nəzərdə tutan qanunun qəbuluna da çağırıb./teleqraf


MANŞET XƏBƏRLƏRİ