Narkotik istintaqında yeni dalğa! 14 nəfər saxlanıldı


Türkiyədə məşhurları hədəf alan narkotik əməliyyatları davam edir.

Turkustan.az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində məşhur şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyinə dair əldə olunan məlumatlar, rəqəmsal materiallar və digər sübutlar araşdırılıb. Toplanan dəlillər əsasında əməliyyata başlanıldığı bildirilib.

İstintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında 24, Muğlada isə 1 olmaqla ümumilikdə 25 ünvana eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat səhər saat 07:00-da başlayıb və 25 şübhəli hədəfə alınıb.

Məlumata görə, aşağıdakı şəxslər də daxil olmaqla 14 nəfər saxlanılıb:

Mabel Matiz (Fatih Karaca)
Feyza Civelek
Volkan Bahçekapılı
Onur Tuna
Osman Haktan Canevi
Aslıhan Turanlı
Kübra İmren Siyahdemir
Mehmet Rahşan
Cansu Tekin
Özgür Deniz Cellat
Tarık Tunca Bakır
Aycan Yağcı və digər şəxslər.

Haqqında həbs qərarı çıxarıldığı bildirilən şəxslərin siyahısı:

Serenay Sarıkaya
Berkay Şahin
Tan Taşçı
Yağmur Ünal
Mirgün Cabas
Hakan Aydın
Mabel Matiz
Feyza Civelek
Niran Ünsal
Volkan Bahçekapılı
Onur Tuna
Osman Haktan Canevi
Aslıhan Turanlı
Eren Kesimer
Kübra İmren Siyahdemir
Mehmet Rahşan
Cansu Tekin
Özgür Deniz Cellat
Yasəmən İkbal
Tarık Tunca Bakır
Hanzede Gürkanlar
Aycan Yağcı
Tuğçe Postoğlu
Eda Dora
Semiha Bezek

Saxlanılan şəxslərin əvvəlcə tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparıldığı bildirilib. Daha sonra onların narkotik testindən keçirilməsi məqsədilə Məhkəmə Tibbi Ekspertiza İnstitutuna göndərildiyi qeyd olunub.

Prosedura uyğun olaraq, şübhəlilər ifadə vermələri üçün prokurorluğa təqdim edilirlər. Prokurorun qərarından asılı olaraq, həmin şəxslər ya sərbəst buraxılır, ya da məhkəməyə göndərilirlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ