ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, İran mövcud vəziyyətin reallığını qəbul etməli, danışıqlar masasına oturmalı və irəli sürülən şərtlərlə razılaşmalıdır.
Turkustan.az xəbər verir ki, Rubio mətbuat konfransında çıxış edərək cari məsələlərlə bağlı açıqlamalar verib. O qeyd edib ki, Hörmüz boğazı ətrafında baş verən toqquşmalar nəticəsində 10 mülki dənizçi həyatını itirib. ABŞ qüvvələrinin İranın 7 sürətli qayığını vurduğu da bildirilib.
Dövlət katibi vurğulayıb ki, İran danışıqlara başlamalı və təklif olunan şərtləri qəbul etməlidir. O əlavə edib ki, ABŞ naviqasiya azadlığını təmin etmək məqsədilə tranzit yollarının açıq qalmasını təmin etməyə davam edəcək.
Rubio deyib: “Bizim məqsədimiz boğazların əvvəlki kimi açıq qalmasıdır. Suda mina olmamalıdır və heç kim tranzit haqqı ödəməməlidir. Məqsədimiz budur.”
Aytən Yaşar/ Turkustan.az