Tramp: “İranla müharibəni mən yox, əvvəlkilər etməli idi”


ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verib. Musavat.com xəbər verir ki, o, çıxışında Vaşinqtonun Tehranla bağlı siyasətinin illərlə gecikdirildiyini bildirib.

Tramp qeyd edib ki, İranın nüvə silahı əldə etməsi bütün dünya üçün ciddi təhlükə yaradar:
“Biz İranın nüvə silahı yaratmasının qarşısını almalıyıq. Əks halda Yaxın Şərq partlayacaq, İsrail isə belə silah əldə olunan kimi bir neçə dəqiqə ərzində məhv edilə bilər”.

ABŞ lideri vurğulayıb ki, bu məsələni illər əvvəl əvvəlki prezidentlər həll etməli idi:
“Bunu mən yox, əvvəlki prezidentlər etməli idi. Bu problem 47 ildir davam edir və heç kim ciddi addım atmayıb”.

Tramp həmçinin bildirib ki, İranla qarşıdurma ABŞ iqtisadiyyatına təsir etsə də, bunun zəruri addım olduğunu düşünür:
“Biz tariximizin ən güclü iqtisadiyyatına malik idik, amma bu təhlükəni dayandırmaq üçün kursdan bir qədər kənara çıxmalı olduq”. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ