İran Prezidenti Məsud Pezeşkian regionda baş verən son hadisələri qiymətləndirib.
Turkustan.az xəbər verir ki, bildirib ki, “bu gün aparılan güclü diplomatiya sayəsində İsrail atəşkəs elan etməyə məcbur olub. Artıq Hizbullah və Livandakı digər cəbhələrə hücum etmək imkanı yoxdur”.
Pezeşkian dövlət televiziyasına verdiyi açıqlamada ABŞ və İsrailin İrana qarşı hücumları, eləcə də bölgədəki son vəziyyət barədə fikirlərini bölüşüb.
Prezident qeyd edib ki, ABŞ və İsrailin İranı qısa müddətdə zəiflətmək planı uğursuz olub: “ABŞ və İsrail rejimi ölkəmizi tez bir zamanda ələ keçirə biləcəklərini düşünürdülər. Lakin xalqın meydanlara çıxması və silahlı qüvvələrin cəsarətli müqaviməti göstərdi ki, İran xalqı və ordusu bu şəkildə ram edilə bilməz”.
O əlavə edib ki, xalqın fəallığı dünya miqyasında diqqət çəkib: “İnsanların hər gecə küçələrdə və meydanlarda ölkələri uğrunda bu şəkildə mübarizə aparması nadir bir mənzərədir. Hətta ABŞ Prezidenti Donald Tramp bu görüntülərin süni intellekt tərəfindən yaradıldığını iddia etmişdi. O, insanların bu səviyyədə səfərbər ola biləcəyini qəbul etməkdə çətinlik çəkirdi. Bu iştirak ölkəmiz üçün ən böyük dəstəkdir”.
Aytən Yaşar/ Turkustan.az