Pezeşkian: Bu hücum tarixi yaddaşlardan silinməyəcək


Məsud Pezeşkian İsrailin hücumu ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, İran Prezidenti Məsud Pezaşkian ABŞ və İsrailin Hörmüzqan əyalətindəki ibtidai məktəbə etdiyi hücum nəticəsində ən azı 85 uşağın həlak olmasını “heç vaxt İran xalqının tarixi yaddaşından silinməyəcək” faciə adlandırıb.

Pezeshkian açıqlamasında bildirib ki, Əfqanıstanın cənubundakı Hörmüzqan əyalətinin Minab şəhərindəki “Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbi”nin hədəfə alınması alçaq və qeyri-insani hərəkətdir.

O deyib: “Minab şəhərindəki məktəbdə baş verən ürəkparçalayan faciə və onlarla günahsız şagirdin şəhid olması bütün iranlıların və bütün azad insanların qəlbini dərin yaralayıb. Bu vəhşi hərəkət cinayətkarların bu torpağa qarşı törətdiyi saysız-hesabsız cinayətlərin tarixində daha bir qaranlıq səhifədir və millətimizin tarixi yaddaşından heç vaxt silinməyəcək.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ