Epşteyn işi: Polis London hava limanından insan alveri üçün istifadəni araşdırır


Hüquq-mühafizə orqanlarının əməkdaşları cinsi cinayətkar Ceffri Epşteynin işi çərçivəsində London hava limanlarının insan alveri üçün istifadəsi ilə bağlı məlumatları araşdırırlar.

Turkustan.az xəbər verir ki, bu barədə London polisinin açıqlamasında bildirilir .

Polis bildirib ki, "ABŞ Ədliyyə Nazirliyi tərəfindən Ceffri Epşteynlə bağlı milyonlarla məhkəmə sənədinin dərc olunmasından sonra London hava limanlarının insan alveri və cinsi istismarı asanlaşdırmaq üçün istifadə edildiyi ehtimalından xəbərdarıq. Biz bu məlumatları qiymətləndiririk və ABŞ da daxil olmaqla, hüquq-mühafizə orqanları tərəfdaşlarından əlavə detalları fəal şəkildə axtarırıq " .

Metropoliten Polisi həmçinin Endryu Mauntbatten-Vindzorun mühafizəsi çərçivəsində onunla sıx əməkdaşlıq etmiş ola biləcək keçmiş və hazırkı zabitləri müəyyən edir və onlarla əlaqə saxlayır.

Polis əlavə edib ki, "Onlardan bu xidmət dövründə bir şey görüb-eşitmədiklərini və bizə kömək edə biləcək hər hansı bir məlumatı paylaşa biləcəklərini diqqətlə nəzərdən keçirmələri xahiş olunub".

Böyük Britaniya Kralı III Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzor vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə polis tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ