Suriyanın paytaxtı Dəməşqdə 14 ildən sonra ilk dəfə Ramazan topu atıldı


Suriya Ordusunun bölmələri 14 ildən sonra ilk dəfə olaraq Dəməşqdəki Naməlum Əsgərin Türbəsində Ramazan toplarından atəş açıb. Bu, iftar vaxtına təsadüf edib.

Turkustan.az xəbər verir ki, məlumata görə, ənənəvi Ramazan adətinin bərpası məqsədilə təşkil olunan tədbir Müdafiə Nazirliyində hərbçilərin iştirakı ilə keçirilib.

Ramazan ayının simvollarından birinə çevrilən “Ramazan topu” ənənəsi bir çox ərəb və İslam ölkələrində geniş şəkildə tətbiq olunur və iftar vaxtının elan edilməsi üçün istifadə edilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ