ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün məhdud hərbi müdaxilə ilə bağlı fikirlərini bölüşüb.
Turkustan.az xəbər verir ki, Ağ Evdə bəzi qubernatorların iştirakı ilə keçirilən səhər yeməyi tədbirindən əvvəl ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlama verib.
Tədbirin əvvəlində Tramp jurnalistlərdən otağı tərk etmələrini xahiş edib. Müxbirlərdən birinin “İrana məhdud hərbi hücum etməyi düşünürsünüzmü?” sualına cavab olaraq o, “Düşünürəm ki, bunu nəzərdən keçirdiyimi deyə bilərəm” deyib.
Tramp otaqdan çıxarkən jurnalistlərin digər suallarını cavablandırmayıb.
Aytən Yaşar/ Turkustan.az