Ata hansı halda övladından aliment tələb edə bilər? - HÜQUQİ İZAH


Azərbaycan qanunvericiliyinə əsasən, müəyyən hallarda valideynlərin də övladlarından aliment tələb etmək hüququ mövcuddur. Bəs hansı şərtlər daxilində ata yetkinlik yaşına çatmış övladından maddi təminat tələb edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, ata müəyyən hüquqi əsaslar olduqda övladından aliment tələb edə bilər.

Yazıçılar Birliyindən meyit qoxusu gəlir - Müşfiq Abbas...

Onun sözlərinə görə, bunun üçün ilk növbədə atanın maddi vəziyyəti ağır olmalı, dolanışıq imkanları məhdudlaşmalı və sağlamlıq vəziyyəti işləməyə imkan verməməlidir.

“Maddi durumu son dərəcə ağır, eləcə də işləmək imkanı olmayan ata 18 yaşdan yuxarı övladından aliment tələb etmək hüququna malikdir. Bu zaman övladın da işləməsi və sabit gəlirinin olması vacib şərtdir. Yəni övladın maddi imkanı varsa, qanun valideynin təmin olunmasını nəzərdə tutur”, – deyə M.Abbasov vurğulayıb.

Qeyd edək ki, belə hallarda aliment məsələsi tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında həll oluna bilər. Məhkəmə qərar qəbul edərkən həm valideynin ehtiyacını, həm də övladın maddi imkanlarını nəzərə alır.


MANŞET XƏBƏRLƏRİ