Zelenski: Sülh haqqında danışmağa hazırıq!


Prezident Vladimir Zelenski bildirib ki, müharibənin həlli məsələsində təcavüzkarın kim olduğunu unutmaq olmaz.

Turkustan.az xəbər verir ki, prezident Rusiyanın Ukraynanın daha çox ərazisinin işğalını nəzərdə tutan tələblərini qəbul etməyəcəyi ultimatum adlandırıb.
Dövlət başçısı bu barədə "Kyodo News" agentliyinə verdiyi müsahibədə bildirib.

“Biz real kompromislərə hazırıq. Amma müstəqilliyimiz və suverenliyimiz bahasına güzəştlərə yox. Biz ABŞ ilə güzəştlər barədə danışmağa hazırıq. Amma ruslardan dəfələrlə ultimatum almağa yox. Onlar təcavüzkardır. Bunu hamı qəbul edib. Bu, dəyişməyib. Bu müharibənin əvvəlindən bəri vasitəçi olmuş və ya vasitəçi olmağa çalışmış bir çox ölkə, xüsusən də Yaxın Şərq və Asiyada, eləcə də digər dövlətlərdə hamısı Rusiyanın təcavüzkar olduğunu qəbul edir”, - deyə, Zelenski bildirib .

O qeyd etdi ki, məhz buna görə də cəbhə xətti boyunca sərhədlərin müəyyən edilməsini nəzərdə tutan "durduğumuz yerdə dayanmaq" prinsipi böyük bir kompromisdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ