ABŞ Ali Məhkəməsi, Prezident Donald Trampın tariflərinin əsaslandığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununun (IEEPA) prezidentə tariflər tətbiq etmək səlahiyyəti vermədiyinə qərar verdi.
Turkustan.az xəbər verir ki, məhkəmənin qərarı 6-ya qarşı 3 səslə qəbul edildi.
ABŞ Konstitusiyasının müvafiq maddəsinə istinad edən qərar mətnində vergi və tariflərin tətbiq edilməsi səlahiyyətinin Konqresə məxsus olduğu vurğulanırdı.
Qərarda qeyd olunur ki, hökumət IEEPA-nı "Prezidentə birtərəfli qaydada məhdudiyyətsiz tariflər tətbiq etmək və onları istədiyi kimi dəyişdirmək səlahiyyəti verən" bir qanun kimi şərh edir və qanunun yarım əsrlik tarixində heç bir Prezident bundan istifadə edərək, bu miqyasda və əhatə dairəsində olan tarifləri tətbiq etməyib.
Qərarda bildirilirdi ki, qanundakı "idxalın tənzimlənməsi" ifadəsi Konqresin "vergi tətbiq etmək" səlahiyyətini əhatə etmir və Konqres tərəfindən qeyri-müəyyən dildən istifadə etməklə əhəmiyyətli iqtisadi və siyasi təsirə malik "son dərəcə vacib" səlahiyyətlərin ötürülməsi mümkün deyil.
IEEPA prezidentinə idxalı araşdırmaq, bloklamaq və qadağan etmək də daxil olmaqla müxtəlif yollarla tənzimləmək səlahiyyəti verən qərarda qeyd olunur ki, bu uzun konkret səlahiyyətlər siyahısında gömrük rüsumları və ya ödənişləri qeyd edilmir.
Aytən Yaşar/ Turkustan.az