ABŞ prezidenti Donald Tramp keçmiş şahzadə Endryu həbsinin "utancverici" olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp, ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Epşteyn sənədlərində adı tez-tez hallanan Kral Çarlzın qardaşı və keçmiş şahzadə Şahzadə Endryu-nun "vəzifə səlahiyyətlərindən sui-istifadə" şübhəsi ilə həbs olunmasına münasibət bildirib.
Tramp Kral Çarlzın qardaşı Endryu saxlanılmasının "çox kədərli" olduğunu bildirib və əlavə edib ki, "düşünürəm ki, bu, kral ailəsi üçün son dərəcə pisdir".
ABŞ prezidenti həmçinin Endryunun böyük qardaşı Kral Çarlzı təriflədi və kralın tezliklə ABŞ-a səfər edəcəyini söylədi.
Aytən Yaşar/ Turkustan.az