Rusiya və Ukrayna nümayəndə heyətləri bir-birini tənqid etməmək və danışıqların gedişatını açıq şəkildə müzakirəyə çıxarmamaq barədə razılığa gəliblər.
Turkustan.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti Ukrayna rəsmisinə istinadən məlumat yayıb.
Ukrayna nümayəndə heyətinin sözçüsü Co Barns nəşrə bildirib ki, "Kiyev və Moskva nümayəndələri bir-birini tənqid etməmək və danışıqları açıq şəkildə müzakirə etməmək barədə razılığa gəliblər".
Bundan əlavə, adı açıqlanmayan Ukrayna rəsmisi Moskva ilə Kiyev arasında "məlumat mübadiləsi baxımından atəşkəs" olduğu barədə məlumatı bir daha təsdiqləyib.
17 və 18 fevral tarixlərində Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar keçirilib.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları "sərt, lakin işgüzar" adlandırıb. Ukraynalı həmkarı Rüstəm Umerov danışıqlardan sonrakı əhval-ruhiyyəsini "yaxşı" kimi təsnif edib./publika.az