Moskva Ankaraya yeni səfir təyin etdi


Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Verşinin Ankaraya səfir təyin edilməsi haqqında fərman imzalayıb.

Turkustan.az xəbər verir ki, Putinin imzaladığı və Rusiya Dövlət Hüquqi İnformasiya Sistemində dərc olunmuş fərmana əsasən, Verşinin xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək Ankaraya səfir təyin edilib.

Vladimir Putin başqa bir fərmanla Rusiyanın Qahirədəki səfiri Georgi Borisenkonu xarici işlər nazirinin müavini təyin edib.

Ötən il Rusiya prezidenti Putin Rusiyanın Ankaradakı keçmiş səfiri Aleksey Yerhovu Daşkənddəki səfir təyin edən fərman imzalayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ