Zelenski: Gələcəkdə atəşkəs monitorinqi prosesinə ABŞ sədrlik edəcək


Prezident Volodimir Zelenski Cenevrədə danışıqlar zamanı atəşkəsin gələcək monitorinqi məsələsində irəliləyiş əldə edildiyini və bunun üçün əsasən ABŞ-ın məsuliyyət daşıyacağını söylədi.

Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə jurnalistlərə məlumat verib.

“Hərbi istiqamətdə, xüsusən də hərbi alt qrupda, inanıram ki, konstruktiv istiqamət var. Hər üç tərəf bunu qəbul edib: müharibəyə son qoyularsa, atəşkəs olarsa, atəşkəsə nəzarət etmək üçün əsasən amerikalılar məsuliyyət daşıyacaq. Bu istiqamətdə sədrlik edənlər onlar olacaq”, - deyə Zelenski bildirib .

Onun sözlərinə görə, bu, danışıqlar qrupunun Cenevrəyə gətirdiyi çox vacib nəticədir.

Xəbər verildiyi kimi, Cenevrədə keçirilən danışıqlardan sonra Vladimir Zelenski hərbi məsələlərdə, yəni atəşkəsin monitorinqində irəliləyiş olduğunu, lakin siyasi məsələlərdə - ərazilər, Jeleznodorojnı AES və digər həssas məsələlərdə tərəflərin mövqelərinin fərqli olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ