İsrail Livanın şərqindəki bir neçə əraziyə hücum edib.
Turkustan.az xəbər verir ki, İsrail 2024-cü ilin noyabr ayında Livanla əldə edilən atəşkəs razılaşmasını pozmağa davam edir.
Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu Livanın cənubundakı Merkaba şəhərinə pilotsuz təyyarə ilə hücum təşkil edib.
İsrail ordusunun cənubundakı Yarun şəhərinə pulemyotlardan atəş açdığı və eyni bölgədəki Hula şəhərinə drondan səs qumbaraları atdığı bildirilir.
Təl-Əviv bildirib ki, Livanın cənubunda işğal etdiyi ərazilərdən biri olan Balat dağlarında yerləşən İsrail qüvvələri həmçinin Mərvahin və Şeyxin şəhərlərini də hədəfə alıb.
Bu arada, İsrail döyüş təyyarələrinin Baalbek şəhəri üzərində aşağı hündürlükdə uçduğu bildirilib.
Aytən Yaşar/ Turkustan.az