Növbəti “yumurta böhranı” yaxınlaşır - Rusiyada qiymətlər kəskin artır


Rusiyada son zamanlar "xiyar inflyasiyası” adı verilən xiyarın 100 faizdən çox bahalaşmasından sonra yumurta bazarı da böhran yaşamağa başlayıb.

Turkustan.az xəbər verir ki, "Rosstat"-ın məlumatına görə, mağaza və supermarket rəflərində yumurtanın qiyməti son bir həftədə 3,4%, son bir ayda 5,7% artıb. Son altı ayda bu göstərici 20%-i keçib.

Bu arada, topdansatış ticarətində vəziyyət daha pisdir: bir ay ərzində təchizatçılar qiymətləri 80-100% artırıblar.

Bu, Rusiyada son üç ildə ikinci potensial yumurta böhranı deməkdir. 2023-cü ildə yumurtanın qiyməti təxminən 50% artmışdı. Həmin vaxt regionlarda yumurta hətta pasportla satılırdı. Vəziyyətdən çıxmaq üçün Rusiya hakimiyyət orqanları İrana, Türkiyəyə, eləcə də Azərbaycana müraciət etmişdilər.

Qeyd olunur ki, Rusiyada əhalinin sosial durumu pisləşdiyindən istehlakçılar qənaət rejiminə keçirlər. Ona görə ət alışı azalır, yumurtaya tələbat artır. Nəticədə statistikaya görə ölkədə yumurta satışları illik müqayisədə 9,9% artıb. Əvəzində, məsələn, mal ətinin pərakəndə satışları 6%, quzu ətininki 39% azalıb. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ