Starmer: Trampın açıqlamaları təhqiramiz və dəhşətlidir


ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərinin Əfqanıstanda "cəbhə xəttindən kənarda qaldığını" bildirmişdi.

Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı Britaniya qoşunları da daxil olmaqla NATO qüvvələrinin rolu ilə bağlı sözlərini "təhqiramiz və dəhşətli" adlandırıb və bu açıqlamalara görə üzr istənilməli olduğunu bildirib.

Starmer yerli mediaya verdiyi açıqlamada Trampı Əfqanıstandakı Britaniya qüvvələri də daxil olmaqla NATO qüvvələrinin rolunu kiçiltdiyinə görə tənqid edib.

Starmer Trampın sözlərinin Əfqanıstanda həlak olan və ya yaralanan əsgərlərin ailələrini dərindən incitdiyini vurğulayaraq bildirib: "Prezident Trampın sözlərini alçaldıcı və açıq şəkildə dəhşətli hesab edirəm. Əgər belə bir açıqlama versəydim, mütləq üzr istəyərdim".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ