Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran Suriya ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Duran açıklamasında aşağıdakı açıqlamaları verdi:
"Suriyadakı hadisələri diqqətlə izləyirik.
Bu proses zamanı sosial media platformalarında Suriyadakı hadisələrlə bağlı aparılan dezinformasiya kampaniyalarını, eləcə də ictimaiyyət arasında nifrət və düşmənçiliyi qızışdırmaq üçün təxribatçı cəhdləri diqqətlə araşdırırıq.
Dezinformasiya və təxribat ehtiva edən bu cür paylaşımlar cəzasız qalmayacaq; məsul şəxslərə qarşı lazımi hüquqi tədbirlər görüləcək.
Bu proses zamanı ictimaiyyətin dezinformasiya və təxribatlara qarşı ayıq-sayıq qalması və rəsmi qurumlar tərəfindən təsdiqlənməmiş məlumatlara və məzmuna etibar etməməsi son dərəcə vacibdir".
Aytən Yaşar/Turkustan.az