Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərindən Tehran, Şiraz və Məşhəd də daxil olmaqla bir neçə İran şəhərinə cümə günü planlaşdırılan uçuşlar ləğv edilib.
Turkustan.az xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.
Məlumata görə, “Flydubai” cümə günü 9 yanvar tarixində İrana planlaşdırılan uçuşları ləğv etdiyini və cədvəldə hər hansı bir dəyişiklik etməzdən əvvəl vəziyyəti diqqətlə izləyəcəyini açıqlayıb.