Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ administrasiyasını Rusiya ordusunun ölkəsinə qarşı hava hücumlarına reaksiya verməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında paylaşım edərək bu gecə ölkəsində baş verən Rusiya hava hücumuna münasibət bildirib.
Zelenski Rusiyanın paytaxt Kiyevə və digər bölgələrə intensiv hava hücumları həyata keçirdiyini bildirib və Kiyevə edilən hücum nəticəsində 4 nəfərin öldüyü və 20 binanın zədələndiyini qeyd edib.
Zelenski axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.Zelenski Rusiya dronlarının Kiyevdəki Qətər səfirliyinin binasına da zərər verdiyini bildirib və əlavə edib ki, "(Qətər) Rusiya həbsxanalarında saxlanılan hərbi əsirlərin və mülki şəxslərin azad edilməsi üçün Rusiya ilə vasitəçilik etmək üçün böyük səylər göstərən bir dövlətdir".
Aytən Yaşar/ Turkustan.az