Tramp: Venesuelaya ikinci hücumu ləğv etdim


ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı əvvəlcədən gözlənilən ikinci hücum dalğasının ləğv edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, o bildirib ki, Venesuela ABŞ ilə əməkdaşlıq çərçivəsində xoşməramlı addım olaraq siyasi məhbusları azad edib.

Trampın sözlərinə görə, ABŞ və Venesuela hazırda konstruktiv əməkdaşlıq edir. O, həmçinin “böyük neft” şirkətlərinin Venesuelaya ən azı 100 milyard dollar həcmində sərmayə yatıracağını qeyd edib.

Bununla yanaşı, ABŞ Prezidenti təhlükəsizlik və mühafizə səbəblərini əsas gətirərək, bölgədəki bütün ABŞ gəmilərinin mövqelərini dəyişmədən yerində qalacağını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ