Türk Hava Yolları (THY) İstanbuldan İranın paytaxtı Tehrana bu gün üçün planlaşdırılan uçuşları ləğv edib.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı “Türkiye Today” portalı yayıb.
Bildirilib ki, uçuşların ləğv edilməsinə səbəb bu gün İranda cümə namazından sonra gözlənilən etiraz aksiyaları ilə bağlı ehtiyat tədbirlərinin görülməsidir.
Xatırladaq ki, İranda artıq 10 gündən çoxdur iqtisadi böhran fonunda hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. /Cebheinfo.az/