Venesuelanın müvəqqəti prezidenti: Qaçırılmış prezident Maduroya sadiqik!


Venesuelada müvəqqəti prezident səlahiyyətlərini üzərinə götürən Delsi Rodrigez ABŞ-ın Prezident Nikolas Maduro və onun həyat yoldaşını hədəf alan hərbi müdaxiləsi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Rodrigez bildirib: “Biz qaçırılmış prezident Nikolas Maduroya sadiqliyimizi qoruyuruq.”

Rodrigez bu fikirləri Bolivar Milli Qvardiyasının (GNB) Hərbi Akademiyasının Eklektik Abidəsində keçirilən və dövlət kanalı VTV-də canlı yayımlanan rütbə yüksəltmə mərasimində səsləndirib. ABŞ-ın Venesuelaya qarşı hücumuna toxunan Rodrigez deyib: “Biz qaçırılan prezident Nikolas Maduroya sədaqətlə bağlıyıq. Eyni şəkildə, ilk döyüşçü və parlament üzvü Silia Floresə də tam sadiqik. Onların azadlıqlarının bərpa olunmasını, evlərinə və vətənlərinə qayıtdıqlarını görənədək qətiyyətlə mübarizə aparacağıq.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ