Ərdoğan və Şara Suriyadakı vəziyyəti müzakirə etdi


Suriya Prezident Aparatının yaydığı məlumata əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya Prezidenti Əhməd Şara arasında telefon danışığı baş tutub.

Turkustan.az xəbər verir ki, danışıq zamanı Suriyada mövcud olan son vəziyyət ətraflı şəkildə nəzərdən keçirilib, ölkədə təhlükəsizlik durumunun yaxşılaşdırılması və sabitliyin möhkəmləndirilməsi üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb, gərginliyin azaldılması, mülki əhalinin qorunması və siyasi sabitliyin gücləndirilməsinin prioritet məsələlər sırasında olduğunu qeyd ediblər. Danışıqda, eyni zamanda, regional əməkdaşlıq imkanları və mövcud problemlərin dialoq yolu ilə həllinin əhəmiyyəti ön plana çəkilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ