Dünyanı idarə edən "qocalar": Xamenei siyahıda neçəncidir...


Əli Xamenei dünyanın ən uzun müddət hakimiyyətdə olan avtoritar liderlərindən biri sayılır. Hazırda 86 yaşı olan Xamenei təxminən qırx ildir İranda mütləq siyasi hakimiyyəti əlində saxlayır və ölkənin İsraillə müharibə fonunda silahlı qüvvələrin ali baş komandanı statusunu qoruyur.

Turkustan.az xəbər verir ki, yaş baxımından Xamenei hazırda dünyada ən yaşlı siyasi liderlər sırasında dördüncü yerdədir. Ondan yaşlı olanlar arasında 92 yaşlı Kamerun prezidenti Pol Biya, 90 yaşlı Fələstin prezidenti Mahmud Abbas və 90 yaşlı Səudiyyə Ərəbistanı kralı Salman yer alır.

Hakimiyyətdə qalma müddətinə görə də Xamenei yuxarı pillələrdə qərarlaşıb. Xamenei avtoritar liderlər arasında ən uzun və fasiləsiz hakimiyyətə malik şəxslər sırasında dünyada altıncı yerdədir. 86 yaşlı Əli Xamenei İranda artıq 36 ildir ali siyasi fiquru olaraq qalır. Geniş konstitusiya rəhbərlərinə malik olan Xamei həm ordusunun, həm də əsas dövlət institutlarının faktiki rəhbəridir və Yaxın Şərqdə gedən proseslər fonunda imkanlarını qoruyur.

Afrika qitəsi hakimiyyətdə olan şəxslər bu siyahıda xüsusi yer tutur. Belə ki, Esvatini kralı III Msvati 39 ildir tax-tac sahibidir və ölkənin ömürlük prezidentidir. Uqanda prezident Yoveri Museveni isə 39 ildir ölkəyə tam nəzarəti idarə edir.

Daha uzun müddət hakimiyyətinə malik liderlər arasında Kamun prezidenti Pol Biya önə çıxır. 92 yaşlı Biya artıq 42 ildir dövlət başçısıdır və bu onu dünyanın ən yaşlı və ən uzunömürlü siyasi liderlərindən edir. Ekvatorial Qvineyada prezident Teodoro Obiang Nguema Mbasogo isə 45 ildir hakimiyyətdədir və siyasi sistemin əsas dayağı olaraq qalır.


Siyahının zirvəsində Bruney sultanı Hassanal Bolkiah yer alır. O, 57 ildir ölkəni idarə edir və hazırda dünyada ən uzun müddət hakimiyyətdə olan şəxsdir. O, dünyada qalan azsaylı mütləq monarxlardan biridir .

Formal olaraq dövlət başçısı statusunda olan şəxslər arasında yalnız 88 yaşlı Norveç kralı V Harald Xameneidən yaşlı sayılır. Lakin Norveç monarxının faktiki idarəetmə səlahiyyətləri yoxdur, bu baxımdan onun mövqeyi Xameneinin statusu ilə müqayisə edilmir.

Qeyd edək ki, İran Konstitusiyası Ali Liderə son dərəcə geniş səlahiyyətlər tanıyır. Xamenei ordunu, məhkəmə sistemini və dövlət yayımını tam nəzarətdə saxlayır, eyni zamanda məhkəmə sədri və Keşikçilər Şurasının üzvləri kimi strateji vəzifələrə təyinatları birbaşa özü həyata keçirir. O, ABŞ-nin sanksiya siyahısında olan İslam İnqilabı Keşikçiləri Korpusu üzərində də faktiki nəzarətə malikdir.

Bununla yanaşı, İran iqtisadiyyatının mühüm sahələri dini fondlar və onlarla əlaqəli özəl strukturlar vasitəsilə Ali Liderin təsir dairəsində idarə olunur. Xameneinin mümkün varislərinin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı qərar isə İranda adətən qapalı şəkildə aparılır.

Hazırda İranın bir sıra şəhərlərində olan etiraz aksiyaları, toqquşmalar Əli Xameninin hakimiyyətdə qalıb-qalamayacağı məsələsini də aktuallaşdırır. Xarici mənbələr qeyd edir ki, proseslərin genişlənəcəyi təqdirdə onun Rusiyaya qaçması istisna deyil. /modern.az


MANŞET XƏBƏRLƏRİ