ABŞ Prezidenti Tramp Oval Ofisdə New York Times (NYT) qəzetinə verdiyi ətraflı müsahibədə iqtisadiyyatdan xarici siyasətə qədər geniş mövzularla bağlı fikirlərini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp müsahibəsində ABŞ-ın beynəlxalq hüquqa uyğun hərəkət edib-etməyəcəyi ilə bağlı təəccüblü açıqlamalar verib və eyni zamanda ölkəsinin milli maraqlarını vurğulayıb.
ABŞ prezidenti qlobal səlahiyyətlərinin hər hansı bir məhdudiyyətinin olub-olmadığı soruşulduqda, "Bəli, bir şey var; öz əxlaqım, öz ağlım. Məni dayandıra biləcək yeganə şey budur. Mənə beynəlxalq hüquq lazım deyil" cavabını verdi.
Məqsədinin insanlara və ya digər ölkələrə zərər verməmək olduğunu bildirən Tramp, beynəlxalq hüququn necə tərif olunmasından asılı olaraq bu prinsiplərə riayət edib-etməmək barədə qərar verdiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az