Venesuelaya ona görə hücum etdik – Trampdan inanılmaz etiraf


ABŞ Prezidenti Donald Tramp Venesueladakı əməliyyatın kubalı mühacirlərin ailəsində anadan olmuş ABŞ dövlət katibi Marko Rubionun qisası ola biləcəyi ehtimalını istisna etməyib.

Turkustan.az xəbər verir ki, bu barədə o, “Fox News” verdiyi müsahibədə danışıb.

Söhbət zamanı Tramp Rubionun Kubanı yaxşı tanıdığını qeyd edib.

O, ada ölkəsinin həm maliyyə, həm də neft təchizatı baxımından tamamilə Venesueladan asılı olduğunu söyləyib.

Bu fonda aparıcı dövlət başçısından Venesueladakı əməliyyatın ABŞ dövlət katibinin qisası olub-olmadığını soruşub.

“Bəlkə də olub”, – deyə Prezident cavab verib.

Tramp həmçinin bildirib ki, ABŞ-ın Venesueladakı hərbi əməliyyatının məqsədlərindən biri qlobal neft qiymətlərini aşağı salmaqdır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ