İranda etiraz aksiyaları fonunda dövlət binalarına hücum edilib.
Turkustan.az xəbər verir ki, bu barədə “İranintil” məlumat yayıb.
“Dünən Yəzd şəhərində etirazçılar bələdiyyə binasını yandırıblar.
Eyni vaxtda Tehranda da hökumətə məxsus bir bina etirazçılar tərəfindən alova verilib. Məlumata görə, bina alovlandığı an etirazçılar hadisəni alqışlarla qarşılayıblar”, – məlumatda qeyd edilib.