Maduronun həyat yoldaşı döyülüb? İddiaları gücləndirən detallar


Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən qaçırılmasından və daha sonra Nyu-Yorkda məhkəmə qarşısına çıxmasından sonra Maduro və həyat yoldaşı Siliya Floresin əməliyyat zamanı sərt rəftara məruz qaldığı iddiaları ortaya çıxdı.

Turkustan.az xəbər verir ki, hər ikisi ittihamları rədd etsə də, Floresin saxlanıldığı müddətdə döyüldüyü iddiaları xüsusilə diqqət çəkib.

Vəkillərin sözlərinə görə, Flores qaçırılma zamanı aldığı sərt rəftar nəticəsində qabırğaları sınıb və üzündə xəsarətlər alıb.

CNN-in məlumatına görə, Maduronun vəkili Barri Pollak "qaçırılmanın hüquqi aspektləri ilə bağlı problemlərin olduğunu" bildirib və əlavə edib ki, Maduronun "diqqət tələb edən bəzi sağlamlıq problemləri" var.

Floresin vəkili Mark Donnelly bildirib ki, müvəkkili qaçırılma zamanı "ciddi xəsarətlər alıb". Donnelly bildirib ki, Floresin qabırğası sınıb və ya əhəmiyyətli dərəcədə göyərmələr olub və buna görə də fiziki müayinəyə ehtiyacı olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ