İranın müxtəlif bölgələrində etiraz aksiyaları güclənir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Bildirilib ki, bu gün Lorestan əyalətinin Nurabad şəhərində də insanlar küçələrə axışaraq etiraz aksiyaları keçiriblər.
Paylaşılan videolarda etirazçıların qarşılarında düzülmüş təhlükəsizlik qüvvələrinə doğru qorxmadan irəlilədiyi görünür. Kadrlar şəhərdə gərginliyin artdığını göstərir.
Nümayişçilər aksiyalarda “Bu il qan ilidir, Xameneyi devriləcək!”; “Nə Qəzza, nə də Livan, canım İran üçün fəda olsun!” kimi şüarlar səsləndiriblər.
Ərak şəhərində də təhlükəsizlik qüvvələrinin etirazçılara hücumundan sonra gərginlik daha da artıb. Belə ki, nümayişçilər etirazları boğmağa cəhd edən təhlükəsizlik qüvvələrindən birini yandırıblar.