Maduro mesaj göndərdi: Razılaşmanı həyata keçirəcəyik!


Venesuela prezidenti Nikolas Maduro ABŞ-dan Venesuelaya hava yolu ilə göndərilən miqrantların qəbulunun davam etdiriləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Venesuelada yerləşən Telesur-un məlumatına görə, Maduro yanvar ayında ABŞ ilə bağlanmış miqrant qəbulu müqaviləsini xatırladıb və ölkəsinin bu razılaşmanı həyata keçirməyə davam etdiyini bildirib.

Maduro ABŞ-ın Phoenix şəhərindən yola düşən 266 venesuelalı mühaciri daşıyan təyyarənin Maiquetia Simon Bolivar Beynəlxalq Hava Limanına endiyini açıqlayıb.

ABŞ ilə yaşanan gərginliyə toxunmadan çıxışına davam edən Maduro, "Dünən təyyarə gəldi, vətəndaşlarımız gəldi. Evlərinə ailələrinin yanına gedirlər. Sabah başqa bir təyyarə gəlir və bu proses həftəbə həftə davam edəcək" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ