PKK/YPG ilə Suriya təhlükəsizlik qüvvələri arasında qarşıdurma oldu


Hələbin şərqindəki Deyr Hafar bölgəsində terror təşkilatı PKK/YPG ilə Suriya təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, Suriyanın Hələb şəhərinin şərqində yerləşən Deyr Hafar bölgəsində terror təşkilatı PKK/YPG ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Yerli mənbələrdən əldə edilən məlumata görə, Suriyada QSD adından istifadə edən terror təşkilatı PKK/YPG Suriya ordusunun Deyr Hafarda yerləşən bölmələrinə snayperlərlə atəş açıb.

Suriya ordusu da terror təşkilatının hücumlarına uzun lüləli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə cavab verib.

Hələlik rəsmi mənbələrdən münaqişə ilə bağlı məlumat verilməyib.

Terror təşkilatı PKK/YPG işğal etdiyi ərazilərdən Suriya hökumətinin nəzarətində olan ərazilərə tez-tez hücumlar təşkil edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ