Avropa Zelenskiyə xəbərdarlıq etdi: "ABŞ zəmanəti olmadan Rusiyanın şərtlərinə boyun əymə"


Avropa liderləri Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ-dan konkret təhlükəsizlik zəmanətləri alınmadan Rusiyanın tələb etdiyi sülh şərtlərinə razılıq verməməsini tövsiyə ediblər.

Turkustan.az xəbər verir ki, məlumatı 2The Wall Street Journal" yayıb.

Məlumata görə, bu mesaj Zelenskiyə bazar ertəsi keçirilən telefon danışığı zamanı çatdırılıb. Danışıqlarda Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak ediblər.

Diplomatik mənbələrin sözlərinə görə, Makron söhbət zamanı xüsusilə vurğulayıb ki, Kiyev yekun şərtləri qəbul etməzdən əvvəl ABŞ-ın gələcəkdə Ukraynanı necə müdafiə edəcəyini açıq və dəqiq şəkildə bəyan etməsi vacibdir.

Avropa liderləri hesab edir ki, Ukraynanın təhlükəsizlik təminatları olmadan razılığa gəlməsi həm Kiyev, həm də Avropa üçün ciddi risk yarada bilər. ABŞ-ın mövqeyi isə hələ tam açıqlanmayıb. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ