Şəhid anasının həlak olduğu yanğınla bağlı TƏBİB-dən açıqlama


Yevlaxda baş verən yanğın hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dekabrın 5-də,saat 01:20-də iki nəfər (bir kişi, bir qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısı olublar. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ