ABŞ 30-dan çox ölkəyə səyahət qadağası qoyacaq


ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem səyahət qadağası tətbiq olunan ölkələrin sayını 30-dan çox artırmağı planlaşdırdıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Noem Amerikanın Fox News kanalının “The Ingraham Angle” proqramında çıxışı zamanı ABŞ-ın səyahət qadağası tətbiq etməyi planlaşdırdığı ölkələrlə bağlı danışıb.

O, Prezident Donald Tramp administrasiyasının səyahət qadağası siyahısını genişləndirməyə hazırlaşdığını bildirərək deyib: “Sayı ilə bağlı dəqiq bir rəqəm deməyəcəyəm, ancaq bu rəqəm artıq 30-u keçib və Prezident ölkələri qiymətləndirməyə davam edir”.

Noem əlavə edib: “Əgər bir ölkənin sabit hökuməti yoxdursa, şəxslərin identifikasiyası və araşdırılması prosesində bizimlə əməkdaşlıq edə biləcək bir administrasiyası mövcud deyilsə, biz nə üçün həmin ölkədən insanların ABŞ-a daxil olmasına icazə verməliyik?”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ