Türkiyə ilə sərhədin açılması növbəti mərhələdir - Mirzoyan


Ermənistanla Türkiyə arasında sərhədin tam açılması regionda kommunikasiyaların açılması zəncirinin növbəti mühüm halqasıdır.

Turkustan.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Ermənistan, Azərbaycan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladığı bəyannamə tarixi əhəmiyyət kəsb edir:

Mirzoyan xatırladıb ki, tərəflər sülh sazişini də paraflayıb və ATƏT-in fəaliyyətdə olan sədrinə münaqişənin yekun başa çatmasının simvolu kimi Minsk prosesinin strukturlarını ləğv etməyi birgə təklif ediblər.

Nazirin sözlərinə görə, Vaşinqton sammiti regional kommunikasiyaların inkişafı, dövlətdaxili, ikitərəfli və beynəlxalq əlaqələrin təmin edilməsi, o cümlədən Cənubi Qafqazın təhlükəsiz logistika mərkəzinə çevrilməsinə yönəlmiş Tramp marşrutunun həyata keçirilməsi üçün real imkanlar açıb.

XİN rəhbəri Azərbaycanın Ermənistana tranzitlə bağlı məhdudiyyətləri aradan qaldırmaq barədə açıqlamasını alqışlayıb.

Nazir xatırladıb ki, Ermənistan da öz növbəsində Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təmin etməyə hazır olduğunu bəyan edib. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ