Ramiz Mehdiyev bütün qurumlardan çıxarılacaq! - YAP-dan AÇIQLAMA


Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikasının rayon-şəhər təşkilatlarının aparatlarında 2025-ci ilin ikinci yarımilliyi, Göyçay və Kürdəmir rayon təşkilatlarının aparatlarında isə 2025-ci ilin birinci yarımilliyi ərzində aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları və cari məsələlər müzakirə olunub.

Maraqlıdır, Təftiş Komissiyası YAP Veteranları Şurasının dövlət çevirilişinə cəhddə təqsirləndirilən üzvü Ramiz Mehdiyevlə bağlı məsələni də müzakirə edibmi?

Modern.az saytı bu sualla YAP Təftiş Komissiyasının üzvü, deputat Aydın Hüseynova müraciət edib.

Deputatın suala cavabı belə olub:

“Ramiz Mehdiyevlə bağlı məsələ müzakirə edilməyib. Məlumdur ki, Ramiz Mehdiyevin törətdiyi cinayət partiyanın siyasəti ilə daban-dabana ziddir. Yeni Azərbaycan Partiyasının əsas prinsiplərindən biri dövlətçilik və qanunçuluqdur. Ramiz Mehdiyev isə dövlətçilik prinsipinə zidd gedib, beləliklə, həm də partiyanın prinsiplərini pozub. Əslində dövlət çevrilişinə cəhd edib və əsl siması aşkarlanıb. O təmsil olunduğu bütün qurumlardan çıxarılacaq. Hər hansı bir üzvün partiyadan kənarlaşdırılması ilə bağlı qərarı isə əsasən İdarə Heyəti verir. Bu gün onun üzvlüyü formaldır”.

Deputat qeyd edib ki, Ramiz Mehdiyev nizamnamə qaydalarına uyğun şəkildə YAP-dan xaric olunacaq:

“Ramiz Mehdiyev cəmiyyət qarşısında bütün nüfuzunu itirib, qanun qarşısında da cavab verir. YAP-ın nizamanaməsində partiyaya daxil olma və kənarlaşdırmanın prosedurları var. Ramiz Mehdiyev o qaydalara uyğun şəkildə partiyadan xaric olunacaq”.


MANŞET XƏBƏRLƏRİ