Rusiyada “Apple” şirkətinin “FaceTime” proqramı vasitəsilə cinayətlərin törədildiyinə dair iddialara görə ona giriş bloklanıb.
Turkustan.az xəbər verir ki, Rusiya İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Federal Agentliyinin (Roskomnadzor) verdiyi bəyanatda FaceTime-da sentyabr ayından bəri yaşanan giriş problemləri ilə bağlı açıqlamalar yer alıb.
Tətbiq vasitəsilə cinayətlərin törədildiyi iddia edilən bəyanatda deyilir: “FaceTime ölkədə terror fəaliyyətinin təşkili və həyata keçirilməsi, cinayətkarların cəlb edilməsi, vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur”.
Bu arada Rusiyada təhlükəsizlik və fırıldaqçılıqla mübarizə məqsədilə WhatsApp və Telegram vasitəsilə zənglər məhdudlaşdırıldığı halda, yaxınlarda istifadəyə verilmiş yerli tətbiq MAX xüsusilə dövlət qurumları arasında sürətlə yayılmağa başlayıb.
Aytən Yaşar/ Turkustan.az