İrandan ŞOK AÇIQLAMA: Əslində biz müharibədə qalib gəldik


İranın Baş Qərargah rəisi general-mayor Əmir Hatəmi İran-İsrail müharibəsində onların qalib gəldiyini və Təl-Əvivin məqsədlərinə çata bilmədiyini müdafiə edib.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xatəmi parlamentin Plan və Büdcə Komitəsində İran-İsrail münaqişəsi ilə bağlı qiymətləndirmələr edib.

Hatəmi deyib: "İran ABŞ ilə danışıqlar apararkən Amerikanın dəstəyi ilə sionist rejimin hücumunun hədəfinə çevrildi. Biz bu müharibədə qalib gəldik, düşmən heç bir məqsədə nail ola bilmədi".

İsrailin İranın nüvə, raket və hava hücumundan müdafiə imkanlarını məhv etməyi hədəflədiyini bildirən Hatəmi, "İsrail hücumların davamında ölkədəki İslam nizamını və İranı alt-üst etmək istədi. Lakin silahlı qüvvələrin sıx səyləri və xalqın iradəsi sayəsində bu məqsədinə nail ola bilmədi. Nəticədə İsrailə güc tətbiq edildi" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ